Tərtərdə oğurluq edən şəxslər saxlanılıb - FOTO

Tərtər rayonunda bir qrup sakin müxtəlif vaxtlarda rayon Polis şöbəsinə (RPŞ) müraciət edərək onlara məxsus evdən və mağazadan oğurluq olunması barədə məlumat verib. DİN-dən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Davam etdirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri - Cavidan Bədəlov və bir yeniyetmə saxlanılıb. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq Mübariz Əhmədova məxsus evdən, ümumilikdə, 642 manat dəyərində ev əşyalarını və Çingiz Hüseynova məxsus mağazadan isə 650 manat dəyərində pul, siqaret və kontur oğurladığı müəyyən edilib. Dindirilmə zamanı onlar törətdiyi oğurluq əməlini etiraf edib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"












