Tərtərdə oğurluqla məşğul olan şəxslər saxlanılıb

Tərtər rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən və qəbirstanlıqdan oğurluq edən rayon sakinləri tutulub. Avtosfer.az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqatcisi İsmayıl İsmayılovun "Report"un Qarabağ bürosuna verdiyi məlumata görə, rayon sakini Nəcəf İbrahimov polis şöbəsinə müraciət edərək, evindən oğurluq edilməsi barədə məlumat verib.
Hadisə əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb.
Bundan başqa, Tərtər RPŞ-in əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan alüminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb.
Şübhəli şəxslər dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər. Hər iki faktla bağla araşdırmalar davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










