Təyyarə mühərrikdəki problem səbəbindən təcili eniş edib

Hindistanın “GoAir” aviasiya şirkətinə məxsus təyyarə havaya qalxdıqdan təxminən bir saat sonra mühərrikdəki problem səbəbindən təcili eniş edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ istehsalı olan “Pratt & Whitney” mühərrikləri ilə təchiz edilmiş “Airbus 320neo” təyyarəsi Mumbaydan paytaxt Dehliyə uçmalıymış. Lakin təyyarənin mühərriklərinin birində güclü titrəyiş uçuşu başa çatdırmağa imkan verməyib. Pilot göyərtəsində 168 sərnişin olan təyyarəni Mumbay hava limanına qaytarıb. Bildirilir ki, təyyarə qəzasız eniş edib, xəsarət alan olmayıb. Təyyarə uçuşdan kənarlaşdırılıb, sərnişinlər isə başqa təyyarə ilə Dehliyə yola salınıb.
Qeyd edək ki, bu, Hindistan hava yolları şirkətlərinin “Pratt & Whitney” mühərrikləri quraşdırılmış “Airbus 320neo” təyyarələri ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl bir neçə dəfə “GoAir” və “İndiGo” şirkətlərinin eyni tipli təyyarələri havada müxtəlif problemlər səbəbindən təcili eniş etməli olmuşdu. Hətta Hindistanın Mülki Aviasiya İdarəsi yerli şirkətlərin “Pratt & Whitney” mühərrikləri ilə təchiz edilmiş “Airbus 320neo” təyyarələrinin uçuşlarına bir müddət qadağa da qoymuşdu. Nəticədə həmin şirkətlərin təyyarələrinin problem ortaya çıxmış mühərrikləri dəyişdirilmişdi.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










