Təyyarədə əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub

İndoneziyada Pekanbaru-Cakarta reysi ilə uçan “Boeing-737” təyyarəsində əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təqribən 12 düym uzunluğunda həşərat sərnişinlərdən biri yuxarı baqaj yerindən əl yükünü götürərkən plastik qapağın kənarına çıxıb. Asiya meşə əqrəbi adlandırılan bu növün ən təhlükəli və zəhərli həşəratlardan biri olduğu bildirilir. Onun nə vaxtdan təyyarənin göyərtəsində olduğu məlum deyil. Qapağın kənarında görünən əqrəb sərnişinlər arasında çaxnaşma yaradıb.
Baş verən hadisənin şahidi olmuş Kərim Taslin adlı sərnişin bildirib ki, təyyarə endikdən sonra sərnişinlər əl yüklərini götürməyə başlayanda əqrəb onların başı üzərində görünüb. K.Taslin xidmət personalını çağırmaq üçün düyməni basdığını, lakin heç kimin ona yaxınlaşmadığını deyib. Bundan sonra o, çantasını götürərək təyyarəni təcili tərk edib.
Məlumatda qeyd edilir ki, sərnişinlər arasında çaxnaşma göyərtə bələdçilərinin hadisə yerinə yaxınlaşmasına imkan verməyib. Sərnişinlər təyyarəni tərk etdikdən sonra aeroportun əməkdaşları əqrəbi axtarmağa başlasalar da, onu tapmaq mümkün olmayıb.
Təyyarənin məxsus olduğu aviaşirkət isə həşəratın tezliklə tapılaraq laynerdən çıxarılacağını vəd edib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










