Təyyarəni qaçırmaq istəyən şəxs güllələnib

Banqladeş hərbçiləri "Biman Bangladesh" aviaşirkətinə məxsus təyyarə Dəkkədən Dubaya uçan zaman onu qaçırmağa cəhd edən kişini güllələyiblər. Avtosfer.az “Report”a istinadən bildirir ki, cani 8 dəqiqə davam edən xüsusi əməliyyat zamanı öldürülüb. Onun üzərində tapança aşkar edilib. Sözügedən şəxsin psixi çatışmazlığı olduğu, baş nazir və onun həyat yoldaşı ilə danışmaq istədiyi bildirilir.
----------------
24.02.2019
19:25
Banqladeşdə naməlum şəxs "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirib. Ələ keçirilən təyyarə Çittanqinqda ara enişi edəcək Dakka-Dubay reysini həyata keçirir.
Bildirilir ki, cinayətkar təyyarənin idarəetməsini ələ keçirmək istəyib. Yerli vaxtla təxminən saat 17:40-da təyyarənin pilotu Çittaqonq hava limanında təcili eniş edib.
"Reuters" agentliyinin məlumatına əsasən, 142 sərnişin təyyarədən çıxarılıb. "Gulf Business" qəzeti bildirir ki, təyyarənin göyərtəsində cinayətkardan əlavə 2 heyət üzvü və hüquq mühafizə orqanlarının əməkdaşları ola bilər.
Qeyd edilir ki, təhlükəsizlik qüvvələri hava limanını mühasirəyə alıblar.
---------
18:18
Banqladeşdə sərnişin təyyarəsi qaçırılıb. Biman Bangladesh aviaşirkətinə məxsus təyyarənin Çittaqonq hava limanında olarkən naməlum şəxslər tərəfindən qaçırıldığı deyilir. Bildirilir ki, hadisə sərnişinlər təyyarəni tərk etdikdən sonra baş verib. Biman Bangladesh şirkətinin nümayəndəsi faktı təsdiqləsə də, əlavə məlumat verməyib.
Qeyd edək ki, təyyarə Dəkkə-Dubay reysi ilə uçurmuş.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












