Tezliklə insan nəcisi pulla satılacaq

Bir çox xəstəliklərin müalicəsi üçün artıq dünyada yeni metoddan, nəcis nəqli metodundan istifadəyə başlanılıb. Qonşu Türkiyədə hələlik nəcis nəqli müxtəlif bağırsaq xəstəliklərinin müalicəsi və sağlam bakterioloji mühit yaradılması üçün istifadə olunur. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, doktor Gökan Kubilay bildirib ki, yaxın gələcəkdə sağlam qidalanan insanlar öz nəcislərini satıb varlana biləcəklər: “Artıq aparılan təcrübələr sübut edib ki, bağırsaqdan bağırsağa nəcis nəqli vasitəsi ilə piylənmə, parkinson, xərçəng, astma, diabet kimi xəstəlikləri sağaltmağa ümid var. İnsanın sağlam yaşamsı üçün vacib olan immun sisteminin 80-85 faizi bağırsaqlarda yaşayan 100-160 trilyon canlı dünyadan, bakteriyalardan asılıdır. Bağırsaqlar əslində insanın ikinci beyni adlandırılırdı, lakin artıq tibb dünyası əmin olur ki, bağırsaqlar əslində insanın elə birinci beynidir. Tezliklə sağlam həyat tərzi keçirən insanların nəcisinin satın alınmasına, nəcis banklarının yaradılmasına başlanacaq. İnsanlar bir-birinə qan verib həyat qurtardıqları kimi, nəcis nəqli ilə də bir çox xəstəliklərə çarə tapacaqlar”,- deyə o bildirib.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










