Tezliklə sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək

Taksi və qeyri-müntəzəm daşımalarda yeni platforma yaradılır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib.
O bildirib ki, bu ildən taksi və qeyri-müntəzəm daşımalarda yeni platforma yaradılır, həmçinin sərnişin və yükdaşımalarda da bir sıra texnologiyaların tətbiqi nəzərdə tutulur. Belə ki, tezliklə sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Bu sistem ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını təmin edən bir sistemdir.
H.Həsənovun sözlərinə görə, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılıb. Taksi daşımalarında mövcud olan yeni sistemlərin Azərbaycanda da tətbiqini təkmilləşdirmək, onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, onların dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda tənzimləmək planlaşdırılır.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










