THY “Boeing 737 MAX” tipli təyyarələrin istismarını dayandırır

Türk Hava Yolları (THY) “Boeing 737 MAX” tipli təyyarələrin istifadəsini dayandırıb. Avtosfer.az xəbər verir ki, şirkətin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu barədə qərar ötən gün verilib və qərar 13 mart tarixindən qüvvəyə minib. Məlumatda deyilir ki, THY-nın təyyarə parkında ümumilikdə 12 ədəd “Boeing 737 MAX” tipli hava gəmisi var.
THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas “Report”a açıqlamasında bildirib ki, Azərbaycana uçan sərnişin təyyarələri arasında “Boeing 737 MAX” yoxdur.
Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixində və bu il 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənə qədər "Boeing 737 MAX-8" tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirib.
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"










