Tıxaclar stress və aqresiyaya, dolayı yolla da qəzalara səbəb olur – PSİXOLOQDAN AÇIQLAMA - FOTO

Böyük şəhərlərdə, xüsusilə də Bakı kimi metropolislərdə tıxac problemi demək olar ki, hər gün minlərlə sürücünün və sərnişinin qarşılaşdığı reallıqdır. Səhər saatlarında işə, axşam saatlarında isə evə tələsən insanlar uzun müddət hərəkətsiz yolda qalmaq məcburiyyətində qalırlar.
Bu cür hallarda yaranan gecikmələr təkcə fiziki olaraq bir nöqtədən digərinə çatmağın uzanması deyil, eyni zamanda insanların gündəlik fəaliyyətlərinə, əhval-ruhiyyəsinə və ümumi psixoloji vəziyyətinə ciddi təsir göstərir.
Uzun müddət tıxacda qalmaq insanlarda aqressivlik, səbirsizlik, əsəb pozuntuları kimi hallar yarada bilər. Davamlı avtomobil səsi, siqnallar və yolda vaxt itkisi insanların gün ərzindəki enerjisini azaldır, diqqət dağınıqlığına və ümumi yorğunluğa səbəb olur. Üstəlik, tıxac səbəbindən işə gecikən və ya planlarını həyata keçirə bilməyən insanlar özlərini gün boyu narahat hiss edə bilirlər.

Tıxacda saatlarla vaxt keçirmək insanın psixologiyasına necə təsir edir? Bu vəziyyət yalnız yol itkisi deyil, həm də stress və yorğunluq yaradırmı?
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, biz insanların sosial və emosional vəziyyətini nəzərə alsaq, insanlar gün ərzində elə gərgin və aqressiv ola bilirlər ki, bir də bunun üstünə tıxac gələndə həmin yorğun və stresli anlarında əlavə əsəb keçirirlər:

“Çünki istər evə, istərsə də gedəcəkləri yerə çataraq həmin günün gərginliyini atmaq istəyirlər. Amma tıxaclar buna müəyyən mənada imkan vermir. Bunun səbəbi isə kifayət qədər gərgin bir mühitin yaranması və komforta çata bilməməyin insana əlavə bir gərginlik yaratmasıdır.
Əgər gün ərzində iş yerində rəhbərlik tərəfindən də sıxışdırılıbsa, tıxacda da özünü sıxılmış vəziyyətdə görür və bu, onun gərginlik ehtimalını bir qədər də artırır. Təbii ki, bunun üçün alternativ variantlar var. Məsələn, iş yerinə yaxın yaşamaq və ya daha rahat və komfortlu şərait yaratmaq kimi”.

Psixoloq əlavə edib ki, bu şəraiti yarada bilməmək həm maddi, həm də mənəvi baxımdan insanı daha çox sıxır və bu da onu bir növ “sıxılmış psixologiya”ya salır:
“Bu səbəbdən tıxacda kifayət qədər zaman keçirmək onların psixoloji durumuna bir qədər də mənfi təsir göstərir. Sürücülərin bir çoxunda tıxaclarda yaranan psxiloji amillər, stress və aqresiya sonradan bəzilərinin qəza törətməsinə gətirib çıxarır”.
Eltac Zülfüqaroğlu
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











