"Tonqal” restoranının sahibi 3 il müddətinə azadlıqdan məhrum edilib

Nərimanov Rayon Məhkəməsində “Tonqal” restoranında kütləvi zəhərlənmə faktına görə həbs edilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə o, 3 il müddәtinә azadlıqdan mәhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib. Daha sonra İ.Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb. İ.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












