"Topaz" işçisini öldürən dəstə üzvlərinin şikayətlərinə baxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirli bilinən dəstə üzvləri - Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, 2017-ci il sentyabrın 24-də Saray qəsəbəsində yerləşən "Topaz" bukmeker kontorunda işləyən, Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri F.Bağırov, K.Qurbanov, M.Eyvazov və Ağstafa rayon sakini Ə.İskəndərov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs F.Bağırzadə 19 il, M.Eyvazov 18 il, Ə.İsgəndərovla K.Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












