Tovuzda marşrut sürücüsündən maraqlı addım - VİDEO

Tovuzda marşrut sürücüsü maraqlı addım atıb. O, idarə etdiyi mikroavtobusun salonunda milli qəhrəmanlarımızın, şəhidlərimizin şəkillərini, ulu öndər Heydər Əliyevin Tovuz haqqında dediyi kəlamları foto halında sərgiləyir. Marşuruta minən sərnişinlər və məktəbliləri də yol boyu sual cavab edir. Sürücü həm də şəhid və milli qəhrəman ailələri, qazilərdən gediş haqqı almır. Sürücünün bütün bunları etməkdə bir məqsədi var:gəncləri vətənpərvər ruhda böyüyən görmək.
İdarə etdiyi marşurut avtobusunun salonunda milli qəhrəman və şəhidlərimizin fotolarını sərgiləyir. Maraqlı addımı Tovuz sakini Vahid Əsləgərov atıb. O, mikroavtobusa minən şagirdlərə,azyaşlı uşaqlara fotolardakı milli qəhrəmanlar barədə məlumatlar verir. Bundan əlavə Ulu Öndər Heydər Əliyevin Tovuza səfəri zamanı dediyi sözləri də nəqliyyat vasitəsinin salonunda nümayiş etdirir. Nəqliyyat nazirliyinin sərnişin daşıma ilə bağlı qərarları da fotolar arasında yer alır. Sürücünün daha bir nümunəvi addımı da şəhid və milli qəhrəman ailələri, qazilərdən gediş haqqı almamasıdır. Tovuza qonaq gələn milli qəhrəmanımız Mübariz İbrahimovun qohumu, şəhidimizin fotosunu nəqliyyat vasitəsində görüb və ona təşəkkür edib.
Sərnişinlər də sürücünün bu addımını təqdirə layiq addım adlandırır. Fotoların şagirdlərin vətənpərvər ruhda böyüməsində də müstəsna rolu var.
Sürücü gələcəkdə mikroavtobusda bütün şəhidlərimizin fotolarını yerləşdirmək istəyir. Fotoları əldə etmək üçün o şəhid ailələri, sovet ittifaqı qəhrəmanlarının ailə üzvlərindən köməklik göstərməsini xahiş edir. Onun məqsədi avtomobili gəzən muzeyə çevirməkdir.
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










