Tovuzun kəndlərarası yol infrastrukturu müasirləşdirilir

Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz–Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı təmiri bu rayonda yol infrastrukturunun müasirləşməsinə və əhalinin asan gediş-gəlişinə səbəb olmaqla yanaşı, kütləvi turist axınına da şərait yaradıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu ilin ilk rübündə, həmçinin uzunluğu 31,9 kilometr olan Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi başa çatıb. Hazırda rayonda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin “Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala-Qoçdərə-Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 15 fevral tarixli Sərəncamı ilə tikinti işlərinə vəsait ayrılıb. Cari ildə 7 dağ kəndini rayon mərkəzi ilə birləşdirən bu yolun tikintisi də davam etdiriləcək.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










