Toy yasa döndü, iki qardaşın faciəvi ölümü - MƏHKƏMƏ İŞİ

Bakı-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Məhkəmə hazırlıq iclası iyun ayının 24-nə təyin olunub. Qeyd edək ki, Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində “Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobili “KamAZ” markalı 09 BL 969 nömrəli yük maşınına çırpılıb. Qəza zamanı 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Qəza nəticəsində dünyasını dəyişən iki qardaş 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılıb. Məlumata görə, Zəkiyev qardaşları “Rent a car”dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. İş üzrə yük maşınının sürücüsü Ağayev Əlabbas Bəşir oğlu təqsirkar şəxs qismində tanınıb. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü, yəni Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham edilib.
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu








