Toylarda meyxana QADAĞAN EDİLİR? – Deputatdan mühüm AÇIQLAMA

İctimaiyyətdə toylarda meyxananın qadağan ediləcəyi haqda xəbərlər yayılıb. Səbəb kimi zaman-zaman meyxana deyilmələrində rast gəlinən qeyri-etik ifadələr, təhqirlər, davalar göstərilir.
Belə bir qərar verilə bilərmi və ya verilməlidirmi?
Avtosfer.az globalinfo.az-a istinadən xəbər verir ki, deputat Fazil Mustafa deyib ki, bu məsələlərə münasibət bir qədər fərqli olmalıdır:
“Problemləri qadağa yolu ilə həll etmək düzgün yanaşma deyil. Əgər hansısa qeyri-etik məqamlar varsa, onlara münasibət bildirilməli və həmin hallar ayrıca tənzimlənməlidir. Məsələn, bütövlükdə meyxananı qadağan etmək əvəzinə, toylarda israfçılığın qarşısının alınması üçün müəyyən məhdudiyyətlər tətbiq oluna, süfrəyə üç növdən artıq yeməyin verilməməsi kimi qaydalar müəyyənləşdirilə bilər. Çünki stolun üzərinə həddindən artıq təamın düzülməsi insanların sağlamlığı baxımından da problem yarada bilər”.
Deputat bildirib ki, bu cür xırda məsələləri qadağalarla həll etməyə çalışmaq düzgün deyil:
“Bu gün meyxana qadağan edilərsə, sabah pop musiqisi, daha sonra türk mahnıları və digər məsələlərlə bağlı da qadağalar gündəmə gətirilə bilər. Kim istəyirsə, toyunda meyxana səsləndirsin. Bu, insanların zövqü ilə bağlı məsələdir. Əslində, toylarda bu cür böyük xərclərin və israfın olması meyxanadan daha ciddi mənəvi və sosial problemlər yaradır. Buna görə əsas diqqət toyların məsrəflərinin azaldılmasına və insanların maddi yükünün yüngülləşdirilməsinə yönəldilməlidir. Məncə, daha optimal yanaşma budur”.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












