Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI

Ötən gün ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara başlandığını, hətta müəyyən razılıqların olması ilə bağlı açıqlama verib. Beynəlxalq ictimaiyyət Trampın bu açıqlamasına çox da inanmayıb. Bunun səbəbi isə İranın razılığa gəldiyi halda, niyə hələ də region ölkələrindəki ABŞ bazalarına, eləcə də İsrailə zərbələr endirməsidir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında danışıqların getməsi ilə bağlı Trampun açıqladığı məsələ İran tərəfindən təkzib edilib. Bu hal münaqişə ilə bağlı danışıqlar mövzusunda üç variantı gündəmə gətirir:

“Birinci variant budur ki, ABŞ burada yalan danışır və İranla danışıqlar həqiqətən də getmir. Sadəcə olaraq, Tramp daxili auditoriyaya oynamaq və eyni zamanda beynəlxalq siyasətdə çaşqınlıq yaratmaq üçün bu şəkildə açıqlamalar verir. İkinci variant budur ki, həqiqətən də ABŞ və İran arasında danışıqlar gedir. Sadəcə olaraq, İran tərəfi hələ mümkün razılaşma əldə olunmadığı üçün bunu daxili auditoriyaya açıqlamaq istəmir və buna görə də danışıqlar getməsi barədə ictimaiyyətə məlumat verilir. Üçüncü bir məsələ odur ki, İranda müəyyən qüvvələrlə danışıqlar gedir. Ancaq biz bilirik ki, Əli Xameneinin və Əli Laricaninin öldürülməsindən sonra vahid birləşdirici fiqur, demək olar ki, yoxdur. Buna görə də, mümkündür ki, danışıqlar prosesi gedir, ancaq konkret olaraq hansısa qüvvələrlə bu danışıqlar baş tutur, bilinmir. Yəni, danışıqlar bölünmüş şəkil alır.
Bəli, İsrailin hal-hazırda həyata keçirdiyi siyasət İrandakı vəziyyətin daha da gərginləşdirilməsidir. Yəni, müəyyən hədəflərə - əhalinin sosial təminat nöqtələrinə zərbələrini indirilməsidir. Bu, əhalini indiki rejimə qarşı ayağa qaldırmaq siyasətidir. İran da eyni siyasəti İsrailə qarşı həyata keçirməyə çalışır. Mühüm şəhərlərə, stratejik məntəqələrə zərbələr indirir və İsraildə əhalini daha çox mərkəzi hissəyə köçə məcbur edir. Yəni, çalışır ki, əhali daha iri şəhərlərə, Tel-Əvivə, Hayfaya axın etsin və burada da digər rayonlardan köçən əhali əsasən çadırlarda, sığınacaqlarda yaşayırlar. Konkret olaraq müdafiəsiz vəziyyətə qalan əhali isə İsraili müəyyən addımlar atmağa məcbur edir.

Paralel şəkildə, Tel-Əvivə köçən əhali əsas etibarilə bu regionda Netanyahu hökumətinin devrilməsi, tez-tez hökumətə qarşı üsyanların baş verməsinin əsas mərkəzi rolunu oynayır. İsraildə dövlət büdcəsi yenicə qəbul olunub. Bu, son illərdə qəbul olunan ən gec dövlət büdcəsidir, hansı ki o, martın sonuna kimi qəbul edilməli idi və dövlət büdcəsində sosial təminatlar çox aşağı səviyyəyə salınıb. Yəni, sosial xərclər kimi nəzərdə tutulan vəsaitlər çox aşağı səviyyədədir. Buna görə də gün ərzində Knessetin qarşısında bir neçə dəfə Həmkarlar Komitəsi və digər qurumlar tərəfindən mitinqlər keçirilir. İran da bu vəziyyətdən istifadə edir. Yəni, əvvəlcə mühüm şəhərlərə, rayonlara zərbələr endirərək buradakı əhalini mərkəzə doğru çəkib, daha sonra mərkəzdəki sosial təminat obyektlərinə də zərbələr endirir.
Yəni, eyni siyasəti tərəflər bir-birinə qarşı aparırlar. Ötən gün İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanı xaric işləri nazirlərinin görüşü olub və bu görüşdə mühüm nəticələr əldə olunduqdan sonra Pakistan tərəfi bu üç ölkələrin baş diplomatlarını məluamtlandırmaq üçün İslamabada dəvət edib və bundan sonra ola bilər ki, rəsmi şəkildə danışıqlar prosesi başlasın”.
Səfər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!










