Tramp Xamenei ilə bağlı şok detalları açıqladı – Onlarla görüşüb və…

ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatın ilk günündə – fevralın 28-də İranın ən yüksək vəzifəli 49 liderinin zərərsizləşdirildiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb. ABŞ liderinin sözlərinə görə, əməliyyatın ilkin mərhələsi Vaşinqtonun gözlədiyindən daha sürətli və effektiv nəticə verib.
Tramp bildirib ki, hücum günü səhər saatlarında İranın ali dini lideri Ayətullah Əli Xamenei yaxın ətrafı ilə səhər yeməyi zamanı görüş keçirib. ABŞ tərəfinin İran rəhbərliyinin hərəkətləri və yerləşdiyi məkanlarla bağlı dəqiq kəşfiyyat məlumatına malik olduğunu vurğulayan Tramp, prosesin planlaşdırılandan fərqli inkişaf etdiyini deyib.
“Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq. Bilirsiniz ki, onlar gizlənsələr, bu, dörd həftədən də uzun çəkə bilər. Amma nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyi və harada baş verdiyi barədə çox dəqiq məlumatımız var idi”, – deyə Tramp qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, əməliyyatın məqsədi İranın hərbi-siyasi qərarvermə mexanizmini iflic etmək və raket proqramını kökündən zəiflətmək olub. O, həmçinin əlavə edib ki, Vaşinqton vəziyyətin inkişafını yaxından izləyir və zərurət yaranacağı təqdirdə əlavə addımlar atmağa hazırdır (NOCOMMENT.az).
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












