Trampla Putin telefonla danışıb

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və ABŞ ilə İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.
Uşakovun sözlərinə görə, tərəflər ABŞ-İsrail əməliyyatını və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli danışıqları müzakirə etməyə diqqət yetiriblər.
"Təxminən bir saat davam edən söhbət Amerika prezidentinin təşəbbüsü ilə baş tutub. Liderlər İrandakı vəziyyətlə bağlı məzmunlu və faydalı fikir mübadiləsi aparıblar. Söhbət işgüzar, səmimi və konstruktiv olub", - deyə Uşakov bildirib.
O əlavə edib ki, Putin Trampla söhbətində İrandakı münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələri dilə gətirib və ABŞ-ın və şəxsən Amerika liderinin Ukraynadakı vəziyyətin həllində vasitəçilik səylərini yüksək qiymətləndirib.
Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Tramp Ukraynada tez bir zamanda atəşkəs əldə etməkdə və sülhə nail olmaqda maraqlı olduğunu bildirib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












