Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI

İran və ABŞ arasında gərginləşən münasibətlər təkcə bu iki ölkənin deyil, həm də region dövlətlərinin xarici siyasət gündəminə təsir göstərən mühüm geosiyasi amillərdən biridir. Xüsusilə Yaxın Şərq və onun ətrafında yerləşən ölkələr üçün bu gərginlik təhlükəsizlik, enerji axınları, ticarət yolları və regional sabitlik baxımından ciddi əhəmiyyət daşıyır.
Türk dövlətləri də coğrafi yaxınlıq və iqtisadi-siyasi əlaqələr səbəbindən bu prosesləri diqqətlə izləyənlər sırasındadır. Onların xarici siyasət yanaşmaları isə adətən balanslı mövqe tutmaq, regional sabitliyi qorumaq və diplomatik münasibətləri mümkün qədər gərginlikdən kənarda saxlamaq istiqamətində formalaşır. Bu çərçivədə müxtəlif beynəlxalq böhranlar zamanı türk dövlətlərinin ümumi yanaşma prinsipləri, diplomatik davranış modelləri və regional maraqlar fonunda verdikləri mesajlar diqqət mərkəzində olur.
Məsələ ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü Avtosfer.az-a açıqlamasında bildirib ki, İran–ABŞ müharibəsi zamanı ən aktiv şəkildə reaksiyaya verən, hadisələrə münasibət bildirən ölkə Türkiyə oldu:

“Azərbaycanı da bu sıraya qatmaq olar. Hətta Türkiyə və Azərbaycan ərazilərində bu münaqişələrin müəyyən təsirləri də müşahidə olundu. İnsan tələfatı olmasa da, bəzi bölgələrdə raket və dron hücumlarının izləri qeydə alındı. Bu baxımdan, Türkiyənin neytral qalması mümkün deyildi, qalmadı da. Digər türk dövlətləri olan Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan isə bu məsələdə daha çox müşahidəçi mövqedə qaldılar. Onların hadisələrə aktiv siyasi və ya informasiya reaksiyası göstərməsi daha az nəzərə çarpdı. Baş verən hadisələr onu göstərir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu cür proseslərdən dərs çıxararaq təşkilatı daha da gücləndirməli, üzvlərin bu kimi vəziyyətlərə daha sürətli, effektiv və çevik reaksiya verməsini təmin etməlidirlər. Eyni zamanda ümumi təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində addımlar atılmalı və bu tip hadisələrə hazırlıqlı olunmalıdır. Ümumilikdə Türkiyənin ətrafında müxtəlif qaynar nöqtələr mövcuddur və bu da həm daxili, həm də xarici proseslərə qarşı hazırlıqlı olmağı zəruri edir. Bu çərçivədə siyasi və informasiya sahəsində aktiv mövqe sərgiləmək vacibdir. Bu, bir zərurətdir. Burada məqsəd hər bir prosesə birbaşa müdaxilə etmək deyil, lakin ümumilikdə siyasi, informasiya və digər sahələrdə hazırlıqlı olmaq, aktiv mövqe tutmaq və təhlükəsizlik arxitekturasını daha möhkəm şəkildə formalaşdırmaqdır”.
Nurcan Babək
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












