“Türk Hava Yolları” aviaşirkəti İstanbul üzrə 14 istiqamətdə uçuşları ləğv edib

Türkiyədə havaların şaxtalı və qarlı keçməsi bir sıra problemlər yaradıb. Bir neçə vilayətdə məktəblər yanvarın 7-də və 8-də tətilə buraxılıb. Bəzi yerlərdə tətil müddətinin uzadılacağı istisna deyil. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, İstanbul vilayətində də havaların kəskin soyuması ictimai təsərrüfatın idarə olunmasında əngəllər yaradıb. “Türk Hava Yolları” aviaşirkəti İstanbul Atatürk Hava Limanında yanvarın 7-nə aid xaricə və ölkə daxilində qrafikə uyğun 14 istiqamətdə uçuşu ləğv edib. Hələlik ləğv olunan aviareyslərin bərpası barədə məlumat verilmir.
Yol polisi şəhərlərarası şoselərdə və beynəlxalq dərəcəli magistrallarda avtomobillərin hərəkətinə nəzarəti gücləndirib. Sürət həddi aşağı salınıb. Dağlıq bölgələrdə təkərlərin üstünə zəncir çəkilməsi məcburi qaydaya salınıb. Bütün bunlara baxmayaraq, ağır yol-nəqliyyat qəzaları baş verməkdədir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










