Türkiyə alternativ olaraq “Orta Dəhliz”də işlərini gücləndirir

Türkiyə Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas nəqliyyat arteriyası olan Hörmüz boğazının mümkün bağlanması risklərini minimuma endirmək üçün quru və dəniz logistika marşrutlarını fəal şəkildə inkişaf etdirir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. “Boğazın bağlanacağı təqdirdə etibarlı alternativlərə ehtiyacımız var, ona görə də biz “İnkişaf Yolu” və “Orta Dəhliz” layihələrini həyata keçiririk”, - deyə nazir izah edib. Onun sözlərinə görə, “İnkişaf Yolu”nun 2,1 min km-i Türkiyə ərazisindən keçir və bura təxminən 24 milyard dollar sərmayə qoyulması planlaşdırılır. Paralel olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) gücləndirilir ki, burada da marşrutun 2,2 min km-i Türkiyədən keçir. Bu marşrutun əsas hissələrinin tikintisi artıq başa çatıb. Layihələr tam istifadəyə verildikdən sonra yüklərin Avropaya çatdırılma müddətləri “İnkişaf Yolu” ilə 25 günə, “Orta Dəhliz” vasitəsilə isə rekord səviyyəyə - 13 günə enəcək. “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Xəzər dənizindən keçməklə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirir. 2024-cü ildə Çindən “Orta Dəhliz”lə daşınmış yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri keçib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












