Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI

Gündəm 9 İyun 2026 22:03
Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Artıq bir müddət idi ki, Yaxın Şərqdə - istər Fələstində, istərsə də İranda sabitlik hökm sürürdü. Lakin ABŞ-nin Hörmüzü qarışdırmaqdakı təkidi və regiondakı münaqişəni yenidən aktivləşdirmə cəhdləri öz nəticəsini verdi. Nəticədə, SEPAH Küveyt və digər region ölkələrində ABŞ bazalarına yenidən raket hücumları həyata keçirdi. İranın İsrailəm atdığı raketlər isə “Dəmir qübbə”ni hazırlıqsız yaxaladı və raketlərin əksəriyyəti İsrail ərazisinə düşdü. Artıq Yaxın Şərqdə vəziyyət yenidən qızışıb. Belə bir vəziyyətdə Türkiyədən gələn açıqlamalar İsraili daha da hiddətləndirməyə başlayıb.

Avtosfer.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin Qüdslə bağlı duası İsraillə qalmaqala səbəb olub. O konfrans zamanı çıxışında “Rəbbim mənə bir gün də olsa, Qüds valise olmağı nəsib etsin” deyib. Onun bu sözləri İsraildə etirazla qarşılanıb. İsrailin müdafiə naziri İsrael Kats cavab bəyanatında Yerusəlimin İsrailin ayrılmaz paytaxtı olduğunu vurğulayıb. 

O, Türkiyə rəsmisinin açıqlamalarını qəbuledilməz adlandıraraq, "Yerusəlim Konstantinopol deyil və İsraili çökməkdə olan hansısa imperiya ilə səhv salmayın" ifadələrini işlədib.

Son illər İsraillə Türkiyə arasında gərginləşən xətt üzrə bir sıra dövlət rəsmiləri qarşılıqlı söz güləşinə çıxıb. Lakin biz tarixə baxdıqda görə bilirik ki, Türkiyə və İsrail arasında xeyli sazişlər imzalanıb, əməkdaşlıqlar əldə edilib. Hərbi sahədə, müdafiə sənayesi, terrozimlə mübarizə, Türkiyədə hərbi texnikaların modernləşdirilməsi, kənd təsərrüfatı, elm sahəsində müxtəlif səviyyədə əməkdaşlıqlar olub. Bəs hazırda Türkiyə və İsrail arasındakı gərginliyin bu səviyyəyə yüksəlməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Avtosfer.az-a müsahibəsində politoloq Zeynal Əmrəliyev bildirib ki, bu gərginliyin arxasında əlbəttə ki, faktiki şəkildə, Fələstin məsələsi durub. Məlum olduğu kimi, Türkiyə Fələstinə çox böyük önəm verir, xüsusilə də Qüds məsələsində.

“Yəni, Qüdsün ümumilikdə hər üç dində, həm xristianlıqda, həm iudaizmdə, həm də İslam dinində çox böyük əhəmiyyəti var və əlbəttə ki, İslam dünyası da Qüdsü əldən bıraxmaq istəmir. Bu baxımdan Türkiyənin verdiyi bu açıqlamalar, göstərdiyi bu həssaslıq, əlbəttə ki, qəbul ediləndir və başa düşüləndir. Düşünürəm ki, Yaxın Şərqdə baş verən bu gərginlik Türkiyənin məsələlərə bu şəkildə reaksiya verməsi müəyyən qədər İsrailə daha irəli getməyə bir qədər problemlər yaradır.

Yəni, əgər Türkiyə olmasaydı, həqiqətən də İsrail Fələstin məsələsində daha şiddətli davrana bilərdi və konkret şəkildə Qəzza bölgəsindən insanların birdəfəlik köçürülməsi prosesi, deyim ki, İsrail üçün daha da asanlaşardı. Rəsmi Ankara bu məsələdə Yaxın Şərqdəki İslam ölkələrinin birliyini yarada bilib bu dövrdə. Hal-hazırda istər Misir, istər Türkiyə, istərsə də bir sıra Ərəb ölkələri bu məsələdə konkret olaraq ABŞ və İsrailin qarşısında tam olmasa da, ancaq müəyyən ölçüdə diplomatik bir bariyer qura bilirlər. İki məhələdə mən Türkiyə-İsrail əlaqələrinin əvvəlki səviyyə çatacağına inanmıram.

Əlbəttə ki, həm Türkiyə, həm də İsrail Qərb blokunun üzvüdür. Onların arasında çox sıx siyasi, iqtisadi və hərbi əlaqələr mövcuddur. Yəni, müdafiə sənayesi sahəsində əməkdaşlıqlar var idi, iqtisadi əlaqələr var. Ancaq ümumilikdə mən münasibətlərin düzələcəyinə inanmıram.

Nə vaxta qədər ki, Fələstin problemi olacaq, İsrail 2 dövlət prinsipini qəbul etməyib, onun Türkiyə başda olmaqla, regiondakı Fələstin məsələsindənnarahatlıq hiss edən ölkələrlə münasibətlərinin normallaşması gözlənilən deyil”.

Səfər

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh