Türkiyə sahillərində onlarla qanunsuz miqrant saxlanılıb

Türkiyə sahillərində 44 qanunsuz miqrant saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölkənin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları Aydın vilayətində, Quşadası ərazisində Yunanıstanın Samos adasına qaçmaq istəyən qanunsuz miqrantların olduğu qayığı saxlayıb. Sahil Mühafizəsi Xidməti tərəfindən aşkarlanan rezin qayıqda aralarında 8 uşağın və 8 qadının da olduğu 32 qanunsuz miqrant aşkarlanıb. Onların 31-nin Əfqanıstan, 1-nin isə İran vətəndaşı olduğu müəyyənləşdirilib. Sahil Mühafiəzi Briqadası tərəfindən keçirilən ikinci əməliyyatda Özdərə sahilləri yaxınlığındakı katerdə aralarında 2 uşaq və 4 qadının olduğu daha 12 qanunsuz miqrant aşkarlanıb. Konqo və Əfqanıstan vətəndaşlarından ibarət qeyri-leqal miqrant dəstəsi sərhədi qanunsuz keçmək istədiklərini etiraf ediblər. Miqrantlar vilayətin miqrasiya bürosuna aparılıblar.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












