Türkiyə və Ermənistan nümayəndələri dəmir yolu əlaqələrini müzakirə ediblər

Mayın 5-də üçüncü "İrəvan dialoqu" konfransı çərçivəsində Ermənistan və Türkiyə arasında nizamlama prosesinin xüsusi nümayəndələri - Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç arasında görüş keçirilib.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, tərəflər nizamlama prosesinin hazırkı gedişatı ilə bağlı fikir mübadiləsi aparıb, Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə işçi qrupunun bu yaxınlarda keçirilən iclasını alqışlayıblar.
Bu kontekstdə, onlar Ermənistan və Türkiyənin dəmir yolunun sürətli istismarının təmin edilməsində qarşılıqlı marağını vurğulayıblar.
Bundan əlavə, Xüsusi Nümayəndələr İpək Yolu Körpüsünün birgə bərpası üçün protokolun imzalanmasının əhəmiyyətini vurğulayıblar. Onlar bu təşəbbüsün ikitərəfli əməkdaşlığı gücləndirəcəyini, institusional əlaqələri genişləndirəcəyini və regional turizmə əhəmiyyətli dərəcədə töhfə verəcəyini qeyd ediblər.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












