Türkiyədə COP31 başlayıb

Bu gündən Türkiyədə iqlim böhranı ilə mübarəzədə dünyanın ən mühüm tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) start verilib.
Avtosfer.az xəbər verir ki, ilk dəfə Türkiyənin ev sahibliyi ilə keçirilən tədbir ölkənin Antalya vilayətində 527 min kvadratmetri Mavi Zona və 582 min kvadratmetri Yaşıl Zona olmaqla, ümumilikdə 1 milyon 100 min kvadratmetr ərazidə təşkil edilib.
Mavi Zonada liderlər dünyanın iqlim baxımdan gələcəyini müzakirə edəcəklər. Yaşıl Zonada isə bu müzakirələrin praktiki tətbiqi nümayiş olunacaq.
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur, COP "Mavi Zonada" Azərbaycan pavilyonu qurulub.
Sammitdə dünya liderləri iqlim böhranına qarşı öhdəlikləri, siyasətləri və həllə dair təklifləri müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurumun sədrliyi ilə keçiriləcək COP31-də Türkiyə sözlərin əmələ çevriləcəyi və ölkələrin hərəkətə keçməsini təmin edəcək “İcra COP”unu reallaşdırmaq niyyətindədir.
Tədbirdə 100 minə yaxın qonağın, 1,5 milyon ziyarətçinin iştirakı gözlənilir.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












