Türkiyəli iş adamının cinayət işi məhkəməyə göndərilib

Dələduzluqda təqirləndirilən "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Ramella Allahverdiyevanın icraatına verilib.
Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.
Qeyd edək ki, "Hom Paş Prestij MTK” 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.
İttihama görə, MTK-nın sahibi türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək, onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












