Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA

Türkiyənin Qara dəniz sahilində inşa etdiyi İyidere Logistika Mərkəzində tikinti işləri sürətlə davam edir. Layihə üzrə fiziki irəliləyişin 82 faizə çatdığı bildirilir. Mərkəzin tamamlanması ilə Türkiyənin Qara dəniz üzərindən beynəlxalq yükdaşımalardakı mövqeyinin daha da güclənəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, layihənin əsas dalğaqıran qurğusunun 2 950 metrlik hissəsi artıq tamamlanıb. Dalğaqıranın son 11 metrlik tac betonunun çəkilməsi də başa çatdırılıb.

İyidere Logistika Mərkəzinin iri tonnajlı gəmilərə xidmət göstərməsi nəzərdə tutulur. Mərkəzin illik 3 milyon ton ümumi yük və 8 milyon ton toplu yük qəbul etmək imkanına malik olacağı bildirilir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, layihənin əhəmiyyəti yalnız Türkiyənin Qara dəniz sahilində yeni logistika imkanlarının yaradılması ilə məhdudlaşmır. Onun sözlərinə görə, İyidere Logistika Mərkəzi Türkiyənin şərq bölgələri və Cənubi Qafqazla nəqliyyat əlaqələrinin inkişafı baxımından da əhəmiyyətli layihəyə çevrilə bilər.
Ekspert qeyd edib ki, logistika mərkəzinin Rize–Ərzurum istiqaməti ilə Türkiyənin şərqinə çıxışının olması onun coğrafi əhəmiyyətini artırır:
“İyidere Logistika Mərkəzi Qara dəniz üzərindən yeni logistika zəncirinin formalaşmasına imkan verə bilər. Burada əsas məsələ yalnız limanın yük qəbul etməsi deyil, onun arxasındakı nəqliyyat infrastrukturu ilə inteqrasiyasıdır. Rize–Ərzurum istiqaməti və daha sonra Cənubi Qafqaza çıxış imkanları layihənin regional əhəmiyyətini artırır”.
Rauf Ağamirzəyev bildirib ki, layihə Azərbaycan üçün də maraq doğurur. Onun sözlərinə görə, Orta Dəhlizin inkişaf etdiyi bir mərhələdə Qara dənizin şərq sahilində yeni logistika imkanlarının yaranması Türkiyə–Cənubi Qafqaz bağlantılarının şaxələndirilməsinə əlavə imkanlar yarada bilər.
“İyidere Logistika Mərkəzinə Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhlizlə birlikdə baxmaq lazımdır. Bu marşrutların bir-birini tamamlaması regionda yük axınlarının daha çevik və çoxşaxəli təşkilinə imkan verə bilər. Xüsusilə beynəlxalq ticarətdə alternativ marşrutlara tələbatın artdığı bir dövrdə Qara dəniz limanlarının imkanlarının genişləndirilməsi əhəmiyyətlidir”, – deyə ekspert vurğulayıb.
Qeyd edək ki, İyidere Logistika Mərkəzinin tikintisi üzrə tender müqaviləsi 2020-ci ildə Cengiz İnşaat–Yapı ve Yapı İnşaat birgə müəssisəsi ilə 1,37 milyard türk lirəsi təxminən(48,57 milyon manat) məbləğində imzalanıb. Layihənin tam istifadəyə verilməsi ilə Türkiyənin Qara dəniz sahilində mühüm logistika qovşaqlarından birinin formalaşması gözlənilir.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












