Türkmənistan vətəndaşı maşında dəm qazından ölüb

Bakıda Türkmənistan vətəndaşı dəm qazından ölüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verib. Belə ki, aprelin 2-də Türkmənistan vətəndaşı, 1963-cü il təvəllüdlü Alimov Yuzbek Selimoviç idarə etdiyi yük avtomobili ilə Türkmənistana getmək üçün Gürcüstandan Azərbaycana keçərək gətirdiyi yükü Türkmənistana aparmaq üçün limana gəlib.
Limanda növbəsini gözləyən Y.Alimov avtomobilinin kabinəsinə keçərək orada qaz balonunu yandırıb. Bir müddətdən sonra Y.Alimovun növbəsi çatsa da, o, avtomobili hərəkətə gətirməyib. Liman mühafizəçiləri yük avtomobilinin şüşəsini sındıraraq avtomobilin kabinəsinin yataq yerində Y. Alimovu ölmüş vəziyyətdə aşkarlayıb. Məlum olub ki, Y.Alimov kabinədə yanmış vəziyyətdə qoyduğu qaz balonundan yayılan dəm qazından zəhərlənib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












