Üç bayram ard-arda gəlir: Tətil günləri - TƏQVİM

2027-ci ilin mart ayında Azərbaycanda uzunmüddətli istirahət günlərinin yaranacağı gözlənilir.
Avtosfer.az xəbər verir ki, gələn il 8 Mart – Beynəlxalq Qadınlar Günü, Ramazan və Novruz bayramları mart ayına təsadüf edəcək.
Təqvimə əsasən, 8 Mart bazar ertəsi gününə düşür. Astronomik hesablamalara görə, Ramazan bayramının isə martın 9-10-da qeyd olunacağı ehtimal edilir. Bu tarixlər rəsmi təsdiqlənərsə, həftəsonu ilə birlikdə martın 6-dan 10-dək ardıcıl beş gün istirahət etmək mümkün olacaq.
Novruz bayramının isə martın 20-24-də qeyd olunacağı gözlənilir. 2027-ci ildə bayramın ilk iki gününün şənbə və bazara təsadüf etməsi səbəbindən əlavə istirahət günlərinin yaranması da mümkündür. Mövcud qanunvericiliyə əsasən, bayram günləri həftələrarası istirahət günləri ilə üst-üstə düşdükdə növbəti iş günü də istirahət günü hesab edilir.
Bu qayda tətbiq olunarsa, martın 20-dən 28-dək ardıcıl doqquz gün istirahət yarana bilər./ajans.az
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












