Üç narkotacir saxlanılıb - Qusarda

Qusar rayonunda narkotik alverçiləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən üç şəxs saxlanılıb.
Araşdırmalarla onların Qusar şəhər sakini Mirzam Zamanov, əvvəllər məhkum olunmuş, rayonun Şirvanlı kənd sakini Xaliddin Səfibəyov və Quxuroba kənd sakini Rövşən Sədullayev olduqları müəyyən edilib. Saxlanılan zaman hər üç şəxsin üzərindən satış üçün hazırlanmış, kağız bükümlərdə və kibrit qutusunda narkotik maddələr olan marixuana aşkar olunub. Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək illərdir narkotik satışı ilə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












