Ucar sakini naməlum şəraitdə bıçaqlanıb

Gündəm 29 May 2019 19:45
Ucar sakini naməlum şəraitdə bıçaqlanıb
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda yerli sakin naməlum şəraitdə bıçaqlanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə gecə saatlarında Ucar şəhərinin mərkəzi küçələrindən birində yerləşən parkın ərazisində qeydə alınıb. Belə ki, rayonun Alpoud kənd sakini, 36 yaşlı Cəbrayıl Abbasov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat edilib. Hazırda vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 905
ŞƏRH YAZ
Ad

E-mail

Şərh