Ucarda dəmir parçası qadının kürəyindən girərək qarnından çıxıb

Ucar rayonunda damdan yıxılan qadının kürəyinə armatur girərək qarın nahiyəsindən çıxıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Alpoud kəndində baş verib. Belə ki, kənd sakini, 1980 ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damında təmizlik işləri apararkən müvazinətini itirərək yerə düşüb. Hadisə zamanı qadın yerdə torpağa basdırılmış dəmir armaturun üstünə düşüb. Dəmir armatur Q.Abbasovanın kürək nahiyəsinə bataraq qarın nahiyəsindən çıxıb. Ağır bədən xəsarəti alan qadın yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı qadının üzərində cərahiyyə əməliyyatı aparılaraq armatur qadının bədənindən çıxarırlıb. Xəstəxanadan velilən məlumata görə, Q.Abbasova Reanimasiya şöbəsinə yerləşdilib, vəziyyəti orta ağırdır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












