Ucarda kişi arvadını qətlə yetirib, qayınanasını yaralayıb

Ucar rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və qayınanası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib.
Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, qaynanası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib.
Hadisəni törədən A.Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










