Ucarda torpaq uçqunu baş verdi: xəsarət alanlar var

"Azərsu" ASC Ucar rayonunda təmir işləri zamanı baş verən uçqun nəticəsində iki əməkdaşının palçıq kütləsinin altında qalmasını təsdiqləyib. Avtosfer.az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılzadə "Report"a bildirib ki, Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 əməkdaş xəsarət alıb: "Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur".
*** 19:06
Ucar rayonunda torpaq uçqunu olub. Hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb. Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman baş verib. Nəticədə 2 nəfər uçqun altında qalıb. Onlar torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












