Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ

Son günlər dünyada artan regional münaqişələr, siyasi gərginliklər və böyük dövlətlər arasında rəqabətin güclənməsi qlobal təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Müxtəlif bölgələrdə baş verən hərbi toqquşmalar, iqtisadi sanksiyalar, enerji və resurs uğrunda mübarizə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin baş verdiyini göstərir. Bəs görəsən bu gərinliklərin fonunda Üçüncü dünya müharibəsi başlaya bilərmi?
Məsələ bağlı siyasi ekspert Kənan Novruzov Avtosfer.az-a açıqlamasında bildirib ki, Üçüncü Dünya müharibəsinin faktorları artıq formalaşır:

“Əslində, bu gün dünyada Üçüncü Dünya müharibəsinin getdiyini iddia edən fikirlər də mövcuddur. Ayrı-ayrı regionlarda baş verən hadisələr və münaqişələr, bu hadisələrin bir-birinə çoxşaxəli təsiri açıq şəkildə göstərir ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Sadəcə, bu müharibə hələ rəsmi şəkildə elan olunmayıb və düşünürəm ki, onun elan olunmasına da çox zaman qalmayıb. Hazırda dünyada daha çox hibrit müharibə gedir. Yəni qarşıdurma birbaşa şəkildə deyil, açıq hərbi toqquşma formasında baş vermir. Tərəflər bir-biri ilə birbaşa güc toqquşmasına girmirlər. Bunun əvəzinə, onlar fərqli regionlarda baş verən hadisələrdə iştirak edir, bir-birinə açıq şəkildə dəstək göstərərək öz mövqelərini ortaya qoyurlar. Nə vaxt ki, qarşıdurmada iştirak edən tərəflər açıq şəkildə qütbləşəcək və bu güc qarşıdurması rəsmi şəkildə elan olunacaq, həmin vaxt müharibənin başladığı da açıq şəkildə bəyan ediləcək”.
Nurcan Babək
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












