Ulu Öndərin anım günü BBAK-da qeyd olundu - FOTO - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, BBAK-ın inzibati binasının foyesində Avtovağzalın Baş direktoru Qəhrəman Qələndərovun iştirakı ilə Heydər Əliyevin büstü önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən Baş direktor dahi şəxsiyyətin hakimiyyətə gəldiyi dövrdən başlayaraq ölkədə gedən ictimai-siyasi proseslərdən danışıb, Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşmasında və Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında oynadığı tarixi və misilsiz rolu xüsusi vurğulayıb. Qeyd edib ki, məhz Ümummilli Liderin dövlətçilik irsi bu gün də ölkəmizin həyatında yol göstərən əsas ideoloji dayaqlardan biridir. Onun müdrik siyasəti, xalqa sonsuz bağlılığı, Azərbaycanı gələcəyə aparan strateji hədəfləri ölkəmizin hər bir uğurunun təməlində dayanır.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO


















