“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar

“United Airlines” aviaşirkətinin sərnişinləri xəstə sərnişinə kömək məqsədilə başqa ərazidə enməyə məcbur olan təyyarənin salonunda 16 saat gözləməli olublar. Aviaşirkət bildirib ki, bu səbəbdən 179 nömrəli reyslə Nyuarkdan Honkonqa uçan təyyarə istiqamətini dəyişərək Kanadaya uçmalı olub.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Kanadanın Qus-Bey aeroportunda təyyarəni qarşılayan təcili tibbi yardım briqadası xəstə sərnişini yerli xəstəxanaya çatdırıb. Lakin təyyarə mexaniki nasazlıq səbəbindən havaya qalxa və reys üzrə uçuşu davam etdirə bilməyib. Sərnişinlər üçün ən xoşagəlməz hal isə təyyarədən enə bilməmələri olub. Belə ki, axşam saatlarında gömrük xidmətinin olmaması səbəbindən onlara təyyarəni tərk etmək qadağan olunub. Sərnişinlər təyyarənin salonunda gecələməli olublar.
“United Airlines” aviaşirkətinin rəhbərliyi bildirib ki, sərnişinlərin Nyuarka qaytarılması üçün xilasedici təyyarə göndərilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










