Vahid Ələkbərovun yaxtası Barselona limanına yan alıb - FOTO

“Forbes" jurnalının rus versiyası "Vesselfinder" portalının məlumatları əsasında rusiyalı milyarder-oliqarxların yaxtalarının hərəkətini izləyib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, gəmi-naviqasiya məlumatları əsasında məlum olub ki, milyarder Roman Abramoviçin "Eclipse" yaxtası aprelin 30-da Fransanın Lacivərdi sahillərinə yan alıb.

Həmin yerdə, Nittsada digər rusiyalı oliqarx, "Magnit" şəbəkəsinin sahibi Sergey Qalitskinin "Quantum Blue" yaxtası da lövbər salıb.
Milyarder Oleq Deripaskanın "Queen K" adlı yaxtası isə Albaniya sahillərində, Saranda adlı yerdə görünüb. Azərbaycanlı milyarder, "Lukoil" şirkətinin sahibi Vahid Ələkbərovun "Galactica Super Nova" adlı yaxtası isə həmin tarixdə İspaniyanın Barselona limanına yan alıb.

"FosAqro" şirkətlər qrupunun sahibi Andrey Quryevin "Alfa Nero" adlı yaxtası isə İspaniyanın Vilanovo şəhərinin sahillərində görünüb. Digər rusiyalı oliqarx Aleksey Mordaşovun "Lady M" adlı yaxtası isə Türkiyənin Datça şəhəri sahillərində lövbər salıb.
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar












