Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti məktəblilərin geyim forması ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, təhsilin dünyəvilik prinsipinə uyğun olmayan və vahid formanı pozan geyim elementlərindən istifadəyə icazə verilməyəcək. Vahid forma təkcə məktəb nizam-intizamının qorunması deyil, həm də şagirdlər arasında sosial-iqtisadi fərqlərin önə çıxmasının qarşısının alınması baxımından müzakirə olunur.
Avtosfer.az mövzu ilə əlaqədar paytaxt sakinləri, eləcə də məktəblilər arasında sorğu keçirib. Sorğuda iştirak edən həm məktəblilər, həm də valideynlər yeni forma qaydalarının müsbət qərar olduğunu, lakin ailəlrəin büdcələrinə mənfi təsir göstərəcəyini qeyd ediblər.
Sosioloq Yusif Nəbiyevin fikrincə, ümumiyyətlə, məktəblərdə və təhsil ocaqlarında vahid formanın tətbiq olunmasındakı əsas məqsəd şagirdlərin, tələbələrin maddi rifah səviyyəsinin o qədər də nəzərə çarpan olmaması üçündür. Yəni, bu addım cəmiyyətdəki klas fərqi məktəb dəhlizlərində özünü o qədər də hiss olunmasın deyə tətbiq olunan bir yanaşmadır.
“Amma nəzərə alaq ki, bu, bir az köhnə zamanlara xas bir yanaşmadır. Çünki əvvəlki dövrün şagird-tələbə icmasında sosial və iqtisadi klas göstəricisi həqiqətən də şagirdlərin geyimləri idisə, vahid forma bunu neytrallaşdıra bilirdi. Amma artıq şagirdlərin sosial-iqtisadi təbəqəsini göstərən şey təkcə onun geyimi deyil. Artıq hamının mobil telefonu, istifadə elədiyi elektron cihazlar, saatlər, ağıllı saatlar, planşetlərdir və onsuz da, istifadəsi sərbəstdir və bunlar vahid formaya daxil olan aksesuarlardan sayılmır.
Ona görə də vahid formada olsalar belə, fərqli şagirdlərin fərqli marka telefonlar və saatlar istifadə eləməyi, ziynət əşyalarının bahalıdan ucuza doğru fərqli çeşiddə istifadə olunması, onsuz da, o klas fərqini görünən edir. Bir də mobil telefonların sadəcə özü yox, həm də artıq xüsusən müəyyən bir sinifdən sonra yeniyetmə yaşlarına qədəm qoyan şagirdlərin artıq hər birinin “Instagram” hesabı, sosial şəbəkə hesabları yaranmağa başlayır və onlar öz həyatlarının məktəbdən kənar hissəsini, onsuz da orada reklam edirlər”.
Səfər
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












