Valideynlər övladlarını bu yolla məktəbə aparmaqda çətinlik çəkirlər - VİDEO

Paytaxtın Suraxanı rayonu Hövsan yolu, Dədə Qorqud qəsəbəsinin sakinləri övladlarını məktəbə aparmaqda çətinlik çəkirlər. Səbəb yolun pis vəziyyətə olmasıdır. Avtosfer.az-ın məlumatına görə, yol pis vəziyyətdə olduğundan sakinlər yaxınlıqda yerləşən məktəbə övladlarını aparmaqda çətinlik çəkirlər. Çünki yağış yağan kimi yol suyun altında qalır. Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl yoldakı suyu hətta nasoslarla çəkiblər. Ancaq bu da problemdən çıxış yolu olmayıb. Onlar bir neçə dəfə Zığ bələdiyyəsinə müraciət etsələr də, problem həll olunmayıb. Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, problemdən xəbərdardırlar və əraziyə kanalizasiya xətti çəkiləndən sonra məsələ həll olunacaq. "Azərsu" ASC-dən isə bildirilib ki, sözügedən qəsəbədə kanalizasiya xəttinin çəkilməsi üçün layihə hazırlanıb. Vəsait ayrılandan sonra ərazidə kanalizasiya xəttinin çəkilişinə başlanılacaq.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










