Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir

Bir çox park və istirahət məkanlarında velosiped və skuterlər üçün ayrıca hərəkət zolaqlarının olmaması piyadalarla bu nəqliyyat vasitələrinin istifadəçiləri arasında narahatlıqlara səbəb olur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, parklar ümumilikdə velosiped sürmək üçün nəzərdə tutulmuş məkanlar deyil.
Onun sözlərinə görə, əgər söhbət Dənizkənarı Milli Parkdan gedirsə, burada velosipedçilər üçün müəyyən ərazilər ayrılıb və xüsusi zolaqlar çəkilib.
“Amma indi bəzi insanlar istəyirlər ki, camaatın içində sürsünlər. Bu isə düzgün deyil. Ona görə də bu ərazilərin hər yerində velosiped zolaqları çəkmək düzgün yanaşma sayılmır. Bura istirahət, əyləncə və gəzinti məkanıdır. İnsanlar buraya gəzməyə və yürüyüş etməyə gəlirlər”, – deyə ekspert qeyd edib.
E.Muradlı vurğulayıb ki, bəzi velosiped və skuter istifadəçiləri piyadaların sıx olduğu ərazilərdə hərəkət etməyə üstünlük verirlər:
“Velosipedçi gəlir, insanların yanından sürətlə keçir. Bu qədər özbaşınalıq olmamalıdır. Kimsə velosiped sürür deyə gəlib insanların üstünə çıxası deyil. Bu məsələlər qaydalar çərçivəsində həll olunmalıdır. Heç kim ‘istədiyim yerdə velosiped sürəcəyəm, camaatın üstünə çıxacağam’ düşüncəsi ilə hərəkət edə bilməz”.
Ekspert bildirib ki, Bulvar ərazisində və digər məkanlarda velosiped və skuter istifadəçiləri üçün xüsusi yerlər ayrılıb:
“Sadəcə bəzi insanlar istəyirlər ki, məhz camaatın içində sürsünlər. Dəfələrlə skuter və velosipedlə insanları, uşaqları vurublar. Uşaqdır, ailəsi ilə birlikdə bulvarda gəzir, qaçır, oynayır. Bir də görürsən ki, skuter və ya velosiped onu vurub”.
Onun sözlərinə görə, bəzi ərazilərdə bu nəqliyyat vasitələrinin hərəkətini qadağan edən nişanlar da mövcuddur:
“Məsələn, müəyyən yerlərdə velosiped və ya skuterlə hərəkət etmək olmaz. Hər yerə nişan qoyulub. Amma həmin nişanlara əhəmiyyət verən yoxdur”.
Elməddin Muradlı hesab edir ki, xüsusilə Bulvar ərazisində velosiped və skuter istifadəçilərinə nəzarət gücləndirilməlidir:
“Mən düşünürəm ki, Bulvar ərazisində skuter və velosiped sürənlərə qarşı polis tərəfindən ciddi nəzarət və müvafiq tədbirlər görülməlidir”.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












