Venesiyanın tarixi mərkəzinə avtomobil girişi pullu olacaq

Venesiya Şəhər Komunal Şurası mayın 1-dən etibarən şəhərin tarixi mərkəzinə avtomobil girişi üçün ödəniş tətbiq edir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə bildirən şura üzvü Covanni Custo həmin vəsaitin gəzintiyə gələnlərin atdığı zir-zibili yığışdırmağa da sərf olunacağını bildirib.
O deyib: “Mayın 1-dən avtomobil girişi pullu olacaq, ondan sonra isə azı bir il ərzində bu sınaq tədbirinin nəticələrini diqqətlə izləyəcəyik. Nəticə uğurlu olsa, bunu təkmiləşdirəcək və pilləli ödənişlər tətbiq edəcəyik”.
Şura üzvü ilkin olaraq avtomobillə gələnlərdən 3 avro alacaqlarını, pilləli ödənişlərin isə 10 avrodan baha olmayacağını qeyd edib.
Yeni rüsumun təyyarə və qatar biletlərinin, şəhər ictimai nəqliyyatında yol haqqının, habelə turların qiymətlərinə daxil ediləcəyi bildirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












