Vətəndaşlar yeni tikilən binadan ikinci əl ev almır - SƏBƏB ÇOX MARAQLIDIR

Yeni tikili binalardan ev alan şəxs bir müddət sonra onu satmaqda çətinlik çəkir.
Avtosfer.Az xezerxeber.az-a istinadən bildirir ki, çünki müqavilə ilə aldığı evi başqa şəxsə satarkən mənzilin müqaviləsini həmin şəxsin adına keçirə bilmir. Səbəb həmin binanı tikən ''MTK''-nın müqaviləni başqasının adına keçirərəkən külli miqdarda pul tələb etməsidir. Əmlak ekspertləri bildirilər ki, elə tikinti şirkətləri var ki, ev alan vətəndaşdan hətta müqavilə sənədi üçün 10 min manata qədər pul istəyir.
Ekspertlər bildirir ki, başqasına satılan ev üçün bağlanan müqavilə sənədi üçün tələb edilən məbləğ şəhərin ərazisinə görə dəyişir. Şəhər mərkəzində Səbail, Nəsimi, Nərimanov rayonlarında 5-6 hətta 10 min manata yaxın, Yasamal, Binəqədi, Xətai, Suraxanı və Sabunçu rauyonlarında 4-5 min manat, bir az kənarda Xırdalan şəhəri və Masazır qəsəbəsində isəmaksimum 2 min manat istəyirlər.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, tikinti şirkətinin evini başqasına satan şəxsin müştərisindən müqavilə üçün pul tələb etməsi qanunsuzdur. Bununla bağlı illər əvvəl ev satdığı vətəndaşla da bağladığı müqavilədə bu bənd yazılmır.
Ekspertin sözlərinə görə, tikinti şirkətləri arasında bu tendensiya geniş yayıldığından vətəndaşlar yeni tikilən binalardan ikinci əl ev almırlar. Heç bir hüquqi əsası olmadan müqavilə sənədi üçün külli miqdarda pul tələbi əmlak bazarına da təsir edir.
Hüquqşünas vətəndaşlara müqavilə üçün pul tələb edən şirkətlərdən aidiyyatı qrumlara şikayət etmələrini tövsiyyə edir.
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO










