Vətəndaşların CV-lərini zibilliyə atıblar - VİDEO

İş üçün müraciət edən vətəndaşların sivilərini zibilliyə atıblar. Avtosfer.az-ın məlumatına görə, həmin sivilərdə vətəndaşların ad və soyadları qeyd olunub, fotoşəkilləri yapışdırlıb. Bununla yanaşı, onlara məxsus şəxsiyyət vəsiqələrinin sürətləri də zibilliyə atılıb. Görüntülərin konkret harda qeydə alınması məlum deyil.
Narahatedici məqam ondan ibarətdir ki, naməlum şirkət tərəfindən atılan bu sivilərdə vətəndaşlara aid olan bütün məlumatları istənilən şəxs həm rahatlıqla oxuya, həm də öz məqsədləri üçün istifadə edə bilər. Belə vəziyyətdə sual yaranır: Şirkətlər onlara iş üçün müraciət edən vətəndaşların sivilərini istədikləri yerə ata bilərlərmi?
Hüquqşunas Samir İsayev deyir ki, vətəndaşların şirkətlərə verdiyi sividə onların şəxsi məlumatları əks olunduğundan həmin təşkilatların onu qorumaq öhdəliyi var. Həmin məlumatların məhv edilmədən hansısa bir əraziyə atılması isə qanun pozuntusudur.
Belə vəziyyətdə qanunun tələbini pozan şirkət rəhbəri və fiziki şəxslər müəyyən miqdarda cərimə olunmaqla yanaşı, həbs edilmək təhlükəsi də var.
Qeyd edək ki, bu görüntülər vətəndaşların biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












