Vilayət Eyvazov Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTO

Yanvarın 18-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası daxili işlər nazirinin müavini İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını qonaqlara çatdıran V.Eyvazov DİN-nin funksional vəzifələri və fəaliyyət istiqamətləri, həyata keçirilən fəal hüquq mühafizə siyasəti, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizənin vəziyyəti, mövcud kriminogen durum barədə onlara məlumat verib.
Qeyd olunub ki, əməliyyat şəraitinin tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.
Polis general-leytenantı Vilayət Eyvazov cənab İsmail Çataklının Azərbaycana ilk rəsmi səfərinin iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın, qarşılıqlı faydalı işbirliyinin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər nazirinin müavini respublikamıza ilk səfərindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib .
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Qəbulda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.
Emin
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










