Vitrinində siçovul gəzən mağaza ilə bağlı qərar - VİDEO

Yasamal rayonunda yerləşən “Gəncə Cake House” adlı şirniyyat evinin fəaliyyəti məhdudlaşdırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə AQTA-dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Qurum məsələ ilə bağlı araşdırma aparıldığını və bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib: “Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılmışdı. Məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib. Araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən “Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib. Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib”.
Qeyd edək ki, ötən həftə sosial şəbəkədə Yasamal rayonunda yerləşən “Gəncə Cake House” adlı şirniyyat mağazasının vitrinində, şirniyyatların üzərində siçovulun gəzdiyini əks etdirən video yayılmışdı.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












