Voronejdə ölən və yaralanan azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib

Rusiyanın Voronej vilayətində avtoqəzada yaralanan və ölən azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Avtosfer.az xəbər verir ki, Voronejdə “Birlik” Azərbaycan Cəmiyyətinin sədri Mehdi Mehdiyev “Report”a bildirib ki, “Rusiyada diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib” məzmunlu Azərbaycanın bəzi xəbər saytlarında yayılan xəbər təhrif edilmiş və qərəzlidir. “Diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır. Hadisə dekabrın 24-ü saat 11:00 radələrində Voronejdən 300 km aralı Rostov istiqamətində baş verib. Fövqəladə Hallar Nazirliyinin Voronej vilayəti bölməsi xəbər verən kimi, biz hadisə yerinə getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq, bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsini tövsiyə etdi, eyni zamanda komitə mütəmadi olaraq da proseslə maraqlanıb. İki azərbaycanlı ölmüşdü, yaralılar da var idi. Yaralılar yaxınlıqdakı Boquçar Şəhər Xəstəxanasına yerləşdirildi. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq. Təşkilatımızın üzvü Bəxtiyardan xahiş etdik ki, proseslərə nəzarət etsin. Ölənlərin meyitlərini 150 km aralıda başqa şəhər məhkəmə tibbi ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Nəqliyyat və digər xərcləri ödədik. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə təşkil etdik ki, onu Voronejə gətirsinlər. Hazırda Məlahət xanım xəstəxanadadır, nəzarətdədir, əməliyyat gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik. Axırıncı xəstəni dünən xəstəxanadan çıxardıq, yazın zamana Azərbaycana yola salacağıq”, - M.Mehdiyev deyib.
Diaspor rəhbəri deyir ki, Azərbaycanın bəzi xəbər saytlarının diasporun gördüyü işləri görməzdən gəlməsi orada yaşayan azərbaycanlılarda təəssüf hissi yaradır: “Cəmiyyət olaraq həmin saytlarla əlaqə də saxladıq, vəziyyəti izah etdik. Buna baxmayaraq, təhrif olunmuş köhnə xəbərlər hələ də onlarda saytdadır. Xaricdəki soydaşlarımızın zəhmətinə qarşı belə dəqiqləşdirilməmiş məlumatların yayılması diaspor fəaliyyətimizə məqsədli şəkildə qara yaxma kimi qəbul edirik”.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








