Xaçmazda avtomobil oğurlayan maşın ustasının istintaqı yekunlaşıb

Xaçmazda avtomobil oğurlamaqda təqsirləndirilən Ələnur Zülfüqarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Xaçmaz Rayon Məhkəməsinin hakimi Anar Sadıqovun icraatına verilən cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Hadisə 2017-ci ilin yanvar ayında Xaçmaz rayonunda baş verib. Ağyazı Buduq kənd sakini Rahib Qurbanov rayon polis şöbəsinə "VAZ 21011" markalı avtomobilinin oğurlanması haqqında ərizə ilə müraciət edib. O, maşınını təmir üçün Armudpadar kəndindəki sexlərdən birinə verib. Yanvarın 11-dən 12-nə keçən gecə sexin qapısı sındırılaraq avtomobil oğurlanıb. Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Qusarçay kənd sakini, 33 yaşlı Ələnur Zülfüqarov tərəfindən törədildiyi müəyyənləşib. O, avtomobili sexdən gecə saatlarında oğurlayıb.
Saxlanılan Ələnur Zülfüqarov özü avtomobil ustası kimi çalışırmış. Onun Qusarçaydakı yaşadığı evin qarajına baxış keçirilərkən oğurlanan "VAZ 21011" markalı avtomobil aşkar edilib.
Saxlanılan şəxs oğurladığı nəqliyyat vasitəsinin bəzi hissələrini özünə məxsus eyni markalı avtomobilə yerləşdirib.
Ələnur Zülfüqarova Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddəsi ilə ittiham verilib.
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










