Xaçmazda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Müqtədir qəsəbə sakini Serqey Yudin saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 1 ədəd sellofan torbada 450 qram qurudulmuş marixuana, 4 ədəd sellofan və 7 ədəd siqaret kağızı bükümdə ümumi çəkisi 2 qrama yaxın olan heroin, 1 ədəd sellofan bükümdə 10 qram tiryək və 6 ədəd şpris aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələrin istifadəçisi olduğunu, evindən aşkar olunan narkotik maddələri şəxsi istifadəsi üçün, həmçinin satış məqsədi ilə saxladığını bildirib. O, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO












