"Xaliq Faiqoğlu" şirkətində görüş keçirilib - FOTO

Aviasiya və Avtomobil üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin “Xaliq Faiqoğlu” şirkətində ixtisasartırma təcrübəsi keçməsi proqramı başa çatıb. Bu münasibətlə “Xaliq Faiqoğlu” şirkətinin Təmir Mərkəzində şirkət və təhsil müəssisəsinin rəhbərliyinin də iştiakı ilə tələbələrlə görüş keçirilib. Görüşdə 15 aprel – 17 iyun tarixində keçirilən təcrübə proqramının əhəmiyyəti, tələbələrin texniki peşə sahələrinə marağı və ixtisasları üzrə biliklərinin artırılması istiqamətində həyata keçirilən işlərdən danışılıb. “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidov tələbələrə uğur arzulayıb və əldə etdikləri təcrübənin onların gələcək fəaliyyətində faydalı olacağına inandığını bildirib. Təmir Mərkəzinin servis müdiri Aykut Öztürk təcrübəçilərin 2 ay müddətində çilingər, mühərrikçi, elektrik ixtisasları üzrə peşəkar səviyyədə biliklər aldığını, əyani vəsaitlərlə iş bacarıqlarını inkişaf etdirdiyini deyib.
Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərov isə çıxış edərək yaradılmış şəraitə görə təşəkkürünü bildirib, bu il təhsilini başa vuran gənclərin yaxın gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi soraqlarını alacaqlarına əmin olduğunu ifadə edib.
Sonda tələbələrə sertifikatlar və hədiyyələr, təqdim edilib, xatirə fotosu çəkdirilib.
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
















